Zaurun verilişindən Afətə ismarıc: "Nəsiminin qəzəlini bir də zay eləmə" - VİDEO
    • 6-04-2019, 10:22
    • 3 774

Zaurun verilişindən Afətə ismarıc: "Nəsiminin qəzəlini bir də zay eləmə" - VİDEO

"Xəzər" TV-də yayımlanan "5də 5" verilişində maraqlı məqam yaşanıb. 

News24.az xəbər verir ki, proqramda parodiyaçı Elnur Mahmudov iranlı müğənni Əli Pormehrin "Naz eləmə" mahnısının sözlərini dəyişərək ifa edib. Mahnıda müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlini oxumasına da toxunub. Verilişdə qonaq olan müğənni Təranə Qumralın Afət oxuya bilmir sözlərini eşitdikdə gülməsi diqqətdən yayınmayıb.