Kaxetidə Yaşar Cəfərovu qətlə yetirən şəxs tutuldu
    • 30-11-2023, 14:23
    • 173

Kaxetidə Yaşar Cəfərovu qətlə yetirən şəxs tutuldu

İki gün əvvəl Kaxetidə, Tulari kəndində baş vermiş qətli törətməkdə təqsirləndirilən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Saxlanılan şəxs yaralı qadının keçmiş həyat yoldaşıdır.

İstintaqın məlumatına görə, Yaqub Xeyirxəbərov əvvəlcə keçmiş həyat yoldaşına odlu silahdan açdığı atəşlə xəsarət yetirib, onun hazırki ərini isə yerindəcə qətlə yetirib. Yaralı qadın hələ də klinikadadır. Onun təcili əməliyyata ehtiyacı olub. Həkimlər yaralıların vəziyyətini stabil, lakin ağır kimi qiymətləndirirlər.

Nəzrin