Rusiya-Finlandiya sərhədində əlavə tədbirlər görülür
    • 30-11-2023, 16:59
    • 96

Rusiya-Finlandiya sərhədində əlavə tədbirlər görülür

Finlandiyada Rusiya ilə sərhəddə  ikiqat maneələr quraşdırıb.

News24.az xəbər verir ki, bu barədə Yle portalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya-Finlandiya sərhədindəki sərhəd-keçid məntəqələri də işləmir.

“Ölkə daxilində olduğu kimi, dövlət sərhədində də baryerlər quraşdırılıb. Əgər insanlar gəlsələr, biz onları Finlandiyaya qanuni şəkildə daxil ola biləcəkləri yerə yönləndirəcəyik”, - deyə nəşr qeyd edib. 

Hazırda Finlandiya və Rusiya sərhədində yük qatarlarının keçdiyi keçid istisna olmaqla, bütün keçid məntəqələri bağlıdır. 

Qumral