Rəşid Mahmudovdan qızılca ilə bağlı XƏBƏRDARLIQ
    • 30-11-2023, 21:30
    • 1 675

Rəşid Mahmudovdan qızılca ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda qızılca virusu getdikcə daha geniş ərazilərə yayılmağa davam edir. 

Artıq Bakıda da təhsil ocaqlarında qızılca virusu aşkarlanıb. Belə ki, Azərbaycan Texniki Universitetində ümumilikdə 8 tələbə qızılcaya yoluxub. Həmin tələbələr izolyasiya olunublar. 

Bu günsə Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib. 

Bəs valideynlər bu durumda xəstəliyə yoluxan övladlarına necə baxmalıdır? 

News24.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib ki, valideynlər ilk növbədə uşaqların qidalanmasına ciddi fikir verməlidir: 

"Valideynlər övladlarının qidalanmasına fikir verməlidir. İlk növbədə uşaqlara kişmiş yedirtməlidirlər. Qızılca vaxtı iynə vurmaq olmaz. Çalışıb təbii vasitələrdən istifadə etməlidirlər, məktəblilərə bal, şirin qidalar verilməlidir və onları qətiyyən soyuğa verməməlidirlər. Bu 3 şərt yerinə yetirilsə, uşaq tez sağalacaq. Qızılca elə bir xəstəlikdir ki, hər kəs bu xəstəliyə yoluxur. Hətta yaşlı da olsan, bu xəstəliyə yoluxa bilərsən. Bəzən deyirlər ki, hətta qəbirdə də olsa, qızılcaya yoluxursan. Bu təbii ki, mifdir, amma hər kəs ömründə bir dəfə bu xəstəliyə yoluxur". 

Onun sözlərinə görə, bəzi şəxslər qızılcaya yoluxur, lakin immunitetləri güclü olduğu üçün bunu adi qrip kimi keçirir: 

"Elə adamlar var ki, qızılca keçirir, lakin özlərinin xəbəri olmur. Belə şəxslər bu xəstəliyi səthi keçirirlər, qızdırmaları olur və elə bilirlər ki, adi şeydir, əslində isə qızılca keçirirlər. Bu cür şəxslərin immuniteti yüksək olduğu üçün xəstəlik hiss olunmur. 

Qızılca əsasən, uşaq xəstəliyi hesab olunur. Adətən məktəblilər bu xəstəliyə yoluxur. Əgər övladınız qızılcaya yoluxubsa, gərək onu qoruyasınız. Belə uşaqların yerini isti etmək, vacib olmadıqca yorğan altından çıxmağa qoymamaq lazımdır. Yoluxan uşaq daimi bal və kişmiş yeməlidir". 

Rəşid Mahmudov qızılca ilə bağlı yayılan miflərin insanları təşvişə saldığını, bunların yalan olduğunu qeyd edib:

"Mən qızılca ilə bağlı mətbuatda yayılan mifləri oxuduqca gülürəm, "qara qızılca", "öldürən xəstəlik" və s. 

Düzdür, qızılcadan ağırlaşmalar olur, amma hər kəs üçün bu xəstəlik ölümcüldür demək olmaz, bu insanları təşvişə salır. Sadəcə immuniteti möhkəm olanlar bunu yüngül keçirir. Bəzən bələkdəki körpə də bu xəstəliyi keçirir, onlara yaxşı baxılsa, bir neçə həftəyə xəstəliyi rahatlıqda atladırlar. Lakin 18 yaşdan yuxarı şəxslər qızılcanı ağır keçirirlər. 

Əsas məsələ özünü soyuğa verməmək və mütləq şəkildə qidalanmaya fikir verməkdir. Bu xəstəlik üçün heç bir xüsusi müalicəyə ehtiyac yoxdur, uşaq yoluxur və sağalır. "Qara qızılca", "Qırmızı qızılca", "Yel qızılca" kimi ifədələr sadəcə insanların yaratdığı miflərdir. 

O vaxt Ələkbər Məmmədov adlı futbolçumuz vardı, insanlar danışırdı ki, guya onun ayağına qırmızı ip bağlayırlar ki, o ayağı ilə topa vurmasın. Guya həmin futbolçu qapıya toy vurub, həmin vaxt qapıda meymun olub top zərbənin gücündən meymunun qarnını yarıb və qapıya dəyib. Belə şeylər gülüncdür...

Qızılca vaxtı uşağı çimizdirmək olmaz, həmin dövrdə səpkilərə su vurmaq və qətiyyən onu soyuğa vermək olmaz. Bunlara əməl edilməsə, xəstəlik təhlükəli olacaq. Əks halda, xəstəliyin heç bir qorxusu yoxdur".