Valideynlərin övladları ilə bağlı bilməli olduqları VACİB MƏQAMLAR
    • 30-11-2023, 23:51
    • 356

Valideynlərin övladları ilə bağlı bilməli olduqları VACİB MƏQAMLAR

Təlim və tərbiyə bir-biri ilə vəhdət təşkil edir. Pedaqogikadan da məlum olduğu kimi hər uşağın fərqli psixologiyası var. Hər yaş mərhələsi bir-biri ilə bağlılıq təşkil edir.

Bəs, uşaqların təlim-tərbiyəsi ilə bağlı valideynləri narahat edən əsas məsələlər nələrdir?

News24.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, “Oxuyana şokolad, oxumayana şapalaq” yanaşması təəssüf ki, bu gün bəzi ailələrdə ən önəmli ”tərbiyə metodu” kimi qəbul edilir. Bu, tamamilə yanlış yanaşmadır.  “Oxu sənə onu alacam, bu iş üçün sənə icazə verəcəm”, – deyə-dəyə gələcək üçün rüşvətxor insanlar hazırlayırlar.

"Valideynlər övlarının oxumaqdan nə kimi gözləntiləri olduğunu dəqiqləşdirməlidirlər. Yəqin ki, sizə fərqli cavablar veriləcək. Burada üç cavab eşidəcəksiniz. 1-ci qrup uşaqlar “filan peşəyə sahib olacam” deyənlərdir ( bu uşaqlarda ilkin məqsəd var və bunun üçün onlara dəstək olmalısınız ). 2-ci qrup uşaqlar nə olacağını bilmir. Düşünün, bir yol gedirsiniz , amma məqsəd yoxdur. Məqsədsiz yeriyən insanlar çox tez yorulur. 3-cü qrup uşaqlar isə deyəcəklər ki, oxuyub adam olacam. Bu isə ən dəhşətli cavabdır. Onlara izah edin ki , oxumadan da adam olmaq olur. Söylənməsi gərəkən isə “oxuyub adam olacam yox , oxuyub adamların həyatın yaxşıya doğru dəyişəcəm” olmalıdır.

P‌sixoloq bildirib ki, bu gün əksər valideyinlərdə bir düşüncə var: “Getmə gözümdən, gedərəm özümdən “. Bu düşüncə ilə uşaq böyüdülür. Heç bir yerə getməsinə, tək iş görməsinə , öz ayağı üstündə durmağına heç zaman imkan yaradılmır .

"Həmin uşaq böyüyür. Valideyn nəzarətindən qopur. Uşaqlıqda dada bilmədiyi edə bilmədiyi hər şeyi birdən etməyə başlayır. Bu çox mənfi hadisələrə səbəb olur"-deyə, psixoloq fikirlərini sonlandırıb.