Dünyanı gözləyən 3 təhlükə:
    • 30-11-2023, 18:55
    • 118

Dünyanı gözləyən 3 təhlükə: "ölümcül xəstəliklər, epidemiya..."

"Mən bir neçə potensial təhlükə görürəm, bunlardan birincisi epidemiyadır".

News24.az xəbər verir ki, bu barədə məşhur filosof, yazıçı və alim Nassim Taleb deyib.

“Mən “Qara qu quşu” kitabımda Coviddən əvvəl epidemiyadan bəhs etmişdim. İkinci proqnoz maliyyə sisteminin dağılması ilə bağlıdır. Mən 2008-ci ildə ABŞ-da baş vermiş böyük maliyyə böhranı haqqında danışmaq istəyirəm. Bu, məsələn, ölümcül xəstəliklərdən daha çox insanların həyatına təsir etdi. Bütün bunların qarşısını almaq üçün tədbirlər görmək lazımdır.

İndi ABŞ-da bəlkə də ən böyük risk daşınmaz əmlak bazarının çökməsidir. Üçüncü risk Qərb ölkələrinin borclarının səviyyəsinin durmadan artmasıdır.

Əgər sizə deyirlərsə ki, əsas risk Çin və ya Ukrayna və Qəzza zolağı ilə bağlıdır, bu, doğru deyil. Ən böyük risk qeyd etdiyim üç sahədədir”, – Taleb bildirib.

Ayşən