TƏCİLİ!!! Polis ƏMƏLİYYAT KEÇİRDİ: 52 nəfər SAXLANILDI

TƏCİLİ!!! Polis ƏMƏLİYYAT KEÇİRDİ: 52 nəfər SAXLANILDI
HADİSƏ

Baxış: 416 \ Tarix: 1-12-2023, 09:42

Mətn ölçüsü

Noyabrın 30-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən, borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 64 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.