“Amerika mərkəzli dünyanın sonu yaxınlaşır" - Peskov
    • 1-12-2023, 16:46
    • 134

“Amerika mərkəzli dünyanın sonu yaxınlaşır" - Peskov

“Rusiya ABŞ-ın ona qarşı sanksiyalarının uzun illər fəaliyyətini davam etdirəcəyini bilir”. 

News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya öz siyasətini Qərbin sanksiyalarının uzun illər davam edəcəyi əsasında qurur.

Kreml nümayəndəsi vurğulayıb ki, ABŞ mövcud formatı məhv edərək bütün beynəlxalq iqtisadi münasibətlər sisteminə təzyiq göstərməkdə davam edəcək.

“Amerika mərkəzli dünya sona çatır və beynəlxalq iqtisadi münasibətlərdə müxtəliflik dövrü başlayır”, - Peskov bildirib.

Ayşən