ŞOK! Kriminal dünyasının 200-ə yaxın nümayəndəsi SAXLANILDI
    • 1-12-2023, 20:11
    • 202

ŞOK! Kriminal dünyasının 200-ə yaxın nümayəndəsi SAXLANILDI

Özbəkistanın yeganə qanuni oğru , kriminal dairələrdə daha çox “Baxti Tashkentsky” və ya “Baxti Yangiabadsky” kimi tanınan 52 yaşlı Bəxtiyor Kudratullaev Daşkənddə saxlanılıb.

News24.az bildirir ki, "Prime Crime" məlumat yayıb.

Özbəkistan hüquq-mühafizə orqanlarının məlumatına görə, avtoritetin həbsi noyabrın 28-də baş verib. Ümumilikdə, əməliyyat zamanı polis Özbəkistanın kriminal dünyasının 200-ə yaxın nümayəndəsini saxlayıb.

Əməliyyatçılar Kudratullayevdən başqa, “Saidaziz Medqorodok” kimi tanınan Səidəziz Saydəliyevi də yaxalaya biliblər. Nəşrin məlumatına görə, Səidəliyev və onun dörd yoldaşı müqavimət göstərsə də, sonda əsir düşüb.

Cinayətkar Bahodir Sultanov da saxlanılıb. Saxlanılan şəxslər Baş Daxili İşlər İdarəsinin və Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarına yerləşdirilib. Onlara 10-15 sutka həbs cəzası verilib.

Nəzrin