Yəhudi bloger Azərbaycan bayrağı ilə İrəvanda - Ermənilər şokda
    • 2-12-2023, 15:40
    • 531

Yəhudi bloger Azərbaycan bayrağı ilə İrəvanda - Ermənilər şokda

Tanınmış yəhudi bloger Roman Çıpin erməniləri şoka salıb.

News24.az konkret.az-a istinadla xəbər verir ki, Roman bloger Vladimir Poqosyana Ermənistanın paytaxtı İrəvandan müraciət edib.

Birgünlük bu ölkəyə gedən bloger qaldığı oteldən birbaşa Azərbaycan əleyhinə çıxışlar edən Poqosyana Azərbaycan bayrağı hədiyyə aldığını deyib.

Ermənilər sosial şəbəkələrdə blogerin çıxışına müxtəlif reaksiya veriblər. Onun Poqosyanı şəxsən görüşə çağırması və Ermənistanda Azərbaycan bayrağını göstərməsi revanşistləri qıcıqlandırıb.