-
- 3-12-2023, 20:20
- 410
DİN-dən Qəbələdəki görüntülərlə bağlı - Rəsmi açıqlama
Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşının yeniyetmə oğlanı döydüyü görünür.
News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimovun sözlərinə görə, polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır:
“Hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.