-
- 4-12-2023, 00:04
- 329
Qaxda qızılcaya ilk yoluxma qeydə alınıb
Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb.
News24.az APA-ya istinadla xəbər verir ki, rayonun Qapıçay kənd sakini, 13 yaşlı Sahibə Sirac qızı Babayeva dekabrın 2-i qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Yolxucu xəstəliklər şöbəsinə daxil olub.
Məlumata görə, bu Qaxda birinci qızılca xəstəliyinə yoluxma halıdır.
S.Babayeva Qapıçay kənd orta məktəbinin 7-ci sinif şagirdidir.
Rayonun Qarabaldır kənd sakini 5 yaşlı Abdurəhman Taleh oğlu Məmmədli qızılca xəstəliyi ilə bu gün Qax RMX-nın Yolxucu xəstəliklər şöbəsinə daxil olub.
Qeyd edək ki, qızılca xəstəliyinə yoluxma halı ölkənin Şimal-qərb bölgəsində ilk dəfə sentyabr ayının ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb.
Oktyabr ayının birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyi qeydə alınıb.