Ərdoğan Qətərə yola düşdü
    • 4-12-2023, 15:11
    • 121

Ərdoğan Qətərə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün, dekabrın 4-də Qətərə yola düşüb.

News24.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamed Əl Sani ilə görüşəcək.

Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər. Onların, həmçinin Yaxın Şərqdəki durum barədə danışacaqları da gözlənilir.

Məlumata əsasən, Türkiyə Prezidentinin Qətərə səfəri iki gün davam edəcək.

Nəzrin