-
- 27-11-2023, 16:56
- 137
Qvineya-Bisau prezidenti parlamenti buraxdı
Qvineya- Bisau prezidenti Oumaru Sisoko Embalo paytaxtda təhlükəsizlik qüvvələri arasında baş verən son toqquşmadan sonra ölkə parlamentini buraxıb.
News24.az xəbər verir ki, bu barədə Lusa məlumat yayıb.
Daha əvvəl Rusiyanın Qvineya-Bisaudakı səfirliyinin mətbuat attaşesi Danil Biçurin bildirib ki, cümə günü gecə hüquq-mühafizə orqanları ölkənin iqtisadiyyat və maliyyə naziri Süleyman Seydi və xəzinədarlıq məsələləri üzrə dövlət katibi Antonio Monteyronu həbs edib. Bundan sonra Milli Qvardiya bu qərara etiraz edərək dövlət qulluqçularını azadlığa buraxıb.
Qeyd edək ki, 1980-ci ildən bəri Bissauda 9 dövlət çevrilişi cəhdi olub. Daimi böhranlar səbəbindən ölkə Cənubi Amerikadan Avropaya narkotik qaçaqmalçılığı üçün əsas tranzit məntəqəsinə çevrilib. Ölkə keçmiş Portuqaliyanın müstəmləkəsidir.
Nəzrin