-
- 5-12-2023, 10:06
- 302
SON DƏQİQƏ! DİN-dən VACİB məlumat
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 ədəd avtomat, 2 ədəd tapança, 11 ədəd qumbara, 11 qumbara alışdırıcısı, 11 patron darağı, 379 ədəd müxtəlif çaplı patron və 29 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.