Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri ARTIRILIR
    • 5-12-2023, 11:38
    • 294

Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri ARTIRILIR

Elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclası zamanı  Vergi Məcəlləsinə dəyişiklik edilməsi layihəsinin müzakirəsi zamanı qəbul edilib.

Dəyişikliyə əsasən, aksiz dərəcəsi içməli spirt, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata çatdırılır.

Dəyişikliklə aksiz dərəcəsi nazik siqarlar üçün hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.

Qumral