Hərbçilərə ev verilməsi üçün gələn ilin büdcəsindən maliyyə ayrılıb
    • 5-12-2023, 13:55
    • 181

Hərbçilərə ev verilməsi üçün gələn ilin büdcəsindən maliyyə ayrılıb

Artıq hərbçilərin 20 il qulluq etdikdən sonra mənzil ala bilməyəcəyi məsələsi müzakirə edildi. Demək istəyirəm ki, hərbçilərin mənzil almaq hüququnun əllərindən alınması məsələsi yoxdur.

News24.az xəbər verir ki,  bunu “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib.

Millət vəkili əlavə edib ki, hərbçilərə ev verilməsi üçün gələn ilin büdcəsindən maliyyə ayrılıb.

Qumral