Diqqətli olun! - Bu küçədə geriyə dönmə qadağan edildi - VİDEO
    • 5-12-2023, 14:11
    • 236

Diqqətli olun! - Bu küçədə geriyə dönmə qadağan edildi - VİDEO

Bakıda daha bir küçədə hərəkətin təşkilinə dəyişiklik edilib. 

News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, söhbət paytaxtın Əhməd Rəcəbli küçəsindən gedir. Belə ki, əvvəllər Təbriz küçəsi ilə kəsişmədən (Nərimanov metrostansiyasının yanından) geriyə dönmək olurdu. Lakin hərəkətin təşkilinə edilən dəyişiklikdən sonra həmin kəsişmədə geriyə dönməni qadağan edən nişan quraşdırılıb.

Bu qayda pozuntusunu törədən sürücüləri 40 manat cərimə gözləyir.