Aqşin Vəliyev işdən çıxarıldı - FOTO
    • 5-12-2023, 14:34
    • 477

Aqşin Vəliyev işdən çıxarıldı - FOTO

Azərbaycan Mərkəzi Bankının baş direktoru Aqşin Vəliyev vəzifəsindən azad edilib.

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hələlik onun yerinə təyinat olmayıb.

Bununla da, AMB-də baş direktorların sayı 6-ya enib. Digər baş direktorlar - Ziya Zəfər oğlu Əliyev, Vüqar Ramin oğlu Əhmədov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev, Fərid Tofiq oğlu Osmanov, Gülər Azər qızı Paşayevadır.