Britni Spirsin atası ilə bağlı PİS XƏBƏR
    • 5-12-2023, 15:00
    • 175

Britni Spirsin atası ilə bağlı PİS XƏBƏR

Amerikalı müğənni Britni Spirsin atası Ceymi Spirsin infeksiyaya görə ayağı amputasiya edilib.

News24.az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.

Sənətçiyə yaxın mənbələr nəşrə bildiriblər ki, Ceymi bir neçə həftə əvvəl geniş infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirilib. O, infeksiyanın yayılmasının qarşısını almaq üçün beş dəfə uğursuz əməliyyat keçirməli olub. Lakin həkimlər sonda yeganə variantın amputasiya olduğuna qərar veriblər.

TMZ-nin məlumatına görə, Ceymi hazırda özünü yaxşı hiss etmir.

Nəzrin