Köpəkbalığı ananı qızının gözləri qarşısında parçaladı - FOTO
    • 5-12-2023, 19:40
    • 170

Köpəkbalığı ananı qızının gözləri qarşısında parçaladı - FOTO

Meksikanın Sakit okean sahilində yerləşən Xalisko əyalətindəki Melaque Beach-də köpəkbalığı hücumu olub. 26 yaşlı ana 5 yaşlı qızı ilə sahildən 25 metr aralıda olarkən köpək balığının ayağını qoparması nəticəsində faciəvi şəkildə dünyasını dəyişib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Qvadalaxara Universitetinin dəniz biologiyası tələbəsi Martinez sahil zolağından 25 metr aralıda çimərkən köpək balığının hücumuna məruz qalıb. Dəhşətli hücumdan sonra Martinez sahilə çıxarılıb və məlum olub ki, köpəkbağlığı onun ayağını parçalayıb.

Həkimlərin sürətli müdaxiləsinə baxmayaraq Martinez qanaxmadan dünyasını dəyişib.