Sökülən tarixi binadır? - VİDEO
    • 5-12-2023, 21:46
    • 280

Sökülən tarixi binadır? - VİDEO

Paytaxtın səbaiil rayonu, bayıl qəsəbəsi Neftçi Qurban küçəsində tarixi binanın söküntüsü ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb. 

Həqiqəti bilmək üçün bizdə R TV komandası olaraq yollandıq həmin əraziyə. Aydın oldu ki, bina təmir bərpa işləri aparılmalı idi, sonradan isə binanı tamamiilə söküblər. 

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan isə bildirildi ki, bina tarixi binalar siyahısına daxil deyil. Lakin ətrafda yaşayan qonşular isə iddia edir ki, burada söküntü işləri qanunsuz aparılıb və bu bina tarixi bina olub.

Daha ətraflı videomaterialda: