-
- 6-12-2023, 12:26
- 283
"Facebook" və "Instagram" bağlana bilər
Süni intellekt sahəsindəki inkişaflar bəziləri tərəfindən narahatlıq doğursa da, yenə də texnologiya şirkətlərinin prioriteti olaraq qalır. Hətta bu məsələdə populyar şəbəkələrin də varlığının təhlükə altında olduğu iddia edilir.
News24.az "Unikal"a istinadən xəbər verir ki, "Meta"nın baş süni intellekt alimi Yann LeCun Mark Zukerberqi ChatGPT-yə meydan oxumağa çağırıb.
""Meta" tədbir görməsə, "Facebook" və "Instagram" potensial olaraq yox ola bilər", - LeCun bildirib.
Alimin sözlərinə görə, OpenAI-nin ChatGPT şirkət üçün problemlər yarada bilər və "Meta" çox gec olmadan bu sahədə tez hərəkət etməlidir.
LeCun xəbərdarlıq edib ki, "Meta" süni intellekt işlərini sürətləndirməlidir. Alimi şərhləri Zukerberqi narahat etsə də, sonda o, alimin fikirləri ilə razılaşıb.