Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb
    • 8-04-2019, 11:51
    • 1 444

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb

“Ötən il Rusiya ilə ticarət dövriyəmiz 15 faiz artaraq, 26 milyard dollara çatıb”.

News24.az
“Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşməzdən əvvəl Ankarada Atatürk hava limanında keçirdiyi mətbuat konfransında bildirib.
Rusiyaya səfərinin əhəmiyyətindən danışan dövlət başçısı bildirib ki, rəsmi Ankara ilə Moskva arasında əməkdaşlıq güclənib və bu münasibətlər getdikcə daha da genişlənəcək. R.T.Ərdoğan deyib ki, bu il başlayandan Rusiya Prezidenti Vladimir Putinlə iki dəfə təkbətək görüşü olub: "Bu, 2019-cu ildə üçüncü görüşümüz olacaq. Görüşdə iki ölkə arasındakı əlaqələri, Suriyadakı vəziyyət başda olmaqla bölgə və dünyada baş verən prosesləri müzakirə edəcəyik".
Türkiyə Prezidenti bildirib ki, rusiyalı həmkarı ilə iki ölkə arasında viza məsələsini də müzakirə edəcək: "Əsas hədəfimiz viza rejiinin bütün vətəndaşlarımızı əhatə edən formada genişləndirilməsidir". 
Qeyd edək ki, aprelin 8-də Moksvada Türkiyə və Rusiya prezidentlərinin görüşü olacaq. Dövlət başçıları Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına qatılacaqlar. Sammitdə tərəflər vizanın ləğvi, Suriyadakı vəziyyəti müzakirə edəcəklər.