Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb
    • 6-12-2023, 18:50
    • 137

Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

News24.az APA-ya istinadla bildirir ki, yol-nəqliyyat hadisəsi rayonun Abışabad kəndi ərazisində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 4 nəfər Cəlilabad rayon sakini - 1962-ci il təvəllüdlü Fəxrəddin Fərəcov, 1990-ci il təvəllüdlü Aygül Əliyeva, 1982-ci il təvəllüdlü Seymur Əliyev və 2017-ci il təvəllüdlü Seyidağa Əliyev xəsarət alıb.