Baş məşqçi Messiyə görə millidən ayrılır
    • 6-12-2023, 23:50
    • 149

Baş məşqçi Messiyə görə millidən ayrılır


Argentina millisinin baş məşqçisi Lionel Skaloni postunu tərk etmək istəyir.

News24.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun yığmanın kapitanı Lionel Messi ilə yola getməməsidir.

Artıq Skaloninin yığmadakı mühitdən bezdiyi bildirilir. Onun üçün xoşagəlməz hallardan ən sonuncusu isə noyabrda Braziliya ilə oyunda baş verib. Həmin vaxt Messinin matçın start fitindən əvvəl polislə qarşıdurmaya görə komandanı meydandan çıxararaq paltardəyişmə otağına aparması da baş məşqçidən icazəsiz olub. Bu hadisə Skaloni və məşqçi heyətini narazı salıb.

Braziliya millisinə qalib gəldikləri oyundan (1:0) sonra isə Skaloni millidəki gələcəyi ilə bağlı deyib: "Argentina millisinin böyük enerjisi olan, yaxşı bir məşqçiyə eytiyacı var. Mənim futbolu bir kənara qoyub, düşünməli olduğumuz çox şey var".

Göründüyü kimi, Skalonin Argentina millisindəki gələcəyi qeyri-müəyyəndir. Onun 2024-cü ildə keçiriləcək Amerika kubokundan sonra millini tərk edəcəyi haqda xəbərlər yayıılmaqdadır. Yayılan digər iddialara görə, "Real" mövsümün sonunda komandadan ayrılacaq Karlo Ançelottini Skaloni ilə əvəzləyəcək. Bununla bağlı danışıqların başladığı bildirilib.

Qeyd edək ki, Argentina millisi 1986-cı ildən sonra ilk dəfə Skaloninin rəhbərliyi altında dünya çempionatının qızıl medalını qazanıb. DÇ-2022-nin qalibi olduqdan sonra Skaloninin müqaviləsi 2026-cı ilə qədər uzadılıb.