Bakıdakı zəlzələ nə qədər davam edib? - RƏSMİ
Sosial
"Bu günkü zəlzələ 51 saniyə davam edib, onun 47 saniyəsi hiss olunub"
News24.az xəbər verir ki, bunu RSXM-in baş direktoru Qurban Yetirmişli deyib.
"Mən onu deyim ki, əhali təşvişə düşməsin. Zəlzələlərin hiss olunması ərazinin geoloji quruluşundan asılıdır. Zəlzələ ocağının ölçüsü 6,5 kilometrdir. Keçən dəfəki zəlzələ zamanı episentrdən daha çox enerji ayrılmışdı. Bütün dediklərimiz elmi araşdırmaların nəticəsidir. Heç kim əvvəlcədən güclü zəlzələ olacağını deyib üzərinə risk götürə bilməz".
Fərid Azəri