Zəlzələdən sonra dağıntılarla bağlı - MÜHÜM AÇIQLAMA
Hadisə
Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərinin əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyib.
New24.az xəbər verir ki , bunu FHN -in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Respublika Seysmoloji Xidmət Mərkəzində bugünkü zəlzələ ilə bağlı brifinqdə deyib.
O vurğulayıb ki, yerlərdə regional mərkəzlərə zəlzələ ilə əlaqəli dağıntı olmasına görə heç bir məlumat daxil olmayıb: "Aidiyyəti qurumlarımız öz işlərini adi rejimdə davam etdirirlər".
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 70-km-dir.
Fərid Azəri