TƏCİLİ! Hərbi helikopter sərhəddə YOXA ÇIXDI
    • 7-12-2023, 13:27
    • 156

TƏCİLİ! Hərbi helikopter sərhəddə YOXA ÇIXDI

Hərbi helikopter Venesuela və Qayana sərhədi yaxınlığında yoxa çıxıb.

News24.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Qayana rəsmilərinin məlumatına görə, hərbi helikopter Venesuela ilə sərhəd yaxınlığında yoxa çıxıb, baxmayaraq ki, onun hücuma məruz qaldığına dair heç bir əlamət yoxdur.

Məlumata görə, iki helikopter ekipajı sərhəd bölgəsini yoxlamaq üçün beş hərbçini apararkən yoxa çıxıb.

Xatırladaq ki, dekabrın 3-də Venesuelada keçirilən referendumda seçicilərin 95%-nin Essekibo bölgəsinin birləşməsini dəstəkləməsindən sonra Qayana ilə Venesuela arasında gərginlik artıb.

Nəzrin