Ərdoğandan Yunanıstanla bağlı mühüm AÇIQLAMA:
    • 7-12-2023, 18:06
    • 150

Ərdoğandan Yunanıstanla bağlı mühüm AÇIQLAMA: "hədəfimiz 10 milyarda çatdırmaqdır"

"Türkiyə və Yunanıstan ikitərəfli əməkdaşlığı daha da genişləndirməyi hədəfləyir".

News24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Afinada yunan həmkarı Katerina Sakellaropulou ilə görüşündə deyib.

Ərdoğanın sözlərinə görə, Yunanıstana səfəri zamanı qarşılıqlı ticarət dövriyyəsinin həcminin hazırkı 5,5 milyard dollardan 10 milyard dollara çatdırılması istiqamətində addımlar müzakirə olunacaq.

Türkiyə lideri Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Strateji Şuranın iclasının Ankara ilə Afina arasında münasibətlərdə “yeni dövrün möhkəmlənməsinə və davam etdirilməsinə” töhfə verəcəyinə əminliyini ifadə edib.

Katerina Sakellaropoulou öz növbəsində qeyd edib ki, “Yunanıstan və Türkiyə üçün mövcud müsbət siyasi iradəni inkişaf etdirmək həmişəkindən daha vacibdir”.

Ayşən