"Söyülən" aparıcı: “Televiziyadan uzaqlaşdırıldım... Hamı töhmət aldı"
    • 8-04-2019, 13:44
    • 2 392

"Söyülən" aparıcı: “Televiziyadan uzaqlaşdırıldım... Hamı töhmət aldı"

“Space” TV-nin “Hər səhər” verilişində yaşanan biabırçı hadisədən sonra verilişin yaradıcı heyəti töhmət aldı. Verilişin aparıcısı Anar Vaqifoğlu televiziyada aparıcısı olduğu bütün verilişlərdən uzaqlaşdırılıb. 

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Anar Vaqifoğlu, həmin söyüşü eşitmədiyini deyib və bu vəziyyəti belə əsaslandırıb:
““Space” telekanalındakı bütün verilişlərdən uzaqlaşdırılmışam. Amma radiodakı fəaliyyətim davam edir. Həmin söyüş işlədiləndə eşitməmişəm. Qulağımda rejissorları eşitmək üçün qulaqcıq var idi. Sadəcə, etika xatirinə gülmüşəm. Bu o demək deyil ki, onlar mənim üzümə söyüblər və mən də gülüşlə qarşılamışam. İlk başda mövzunun mahiyyətini anlamadım. Olanlardan hamı kimi sonradan xəbər tutdum”.

Anar telekanalın cərimə olunmasına da münasibət bildirib:
“O ifadəni işlədən adam da bilir ki, efirdə belə söz işlətmək olmaz. Sadəcə, səsin eşidiləcəyini düşünməyib. Bilirsiniz, hamı söyüş bilir və söyür. Sadəcə, bu dəfə yerində işlənməyib. Yalnız onu deyə bilərəm ki, mən də daxil olmaqla, bu məsələyə aidiyyatı olan şəxslərin hamısı töhmət alıb”. 

Teymur MƏMMƏDOV