-
- 7-12-2023, 23:54
- 366
"15 ildir boşaldırlar"
Müğənni Yeganə Mürsəlova proqramlara çox çıxmadığını bildirib.
News24.az OLAY-a istinadla bildirir ki, bu barədə o, “Tarixin bir günü” verilişində qonaq olarkən danışıb.
İfaçı vurğulayıb ki, buna səbəb şəxsi həyatı ilə bağlı bəzi müzakirələrin çıxarılmasıdır:
“İllərlə dostluğum olan aparıcılar var. Amma mən söz-söhbətdən, qalmaqaldan uzaq olan adamam. Bir də görürsən, elə xoşagəlməyən insanla səni əyləşdirir ki, özü söz axtarır, sosial şəbəkələrdə elə şeylər yazır. Başlığı tamam fərqli formada qoyurlar. Bu söz-söhbət qurtarmadı da. Ona görə də verilişlərə getmirəm”.
Yeganə aparıcı Tarix Əliyevin (Tolik) “Bu yaxınlarda yalandan yaymışdılar ki, boşanmısan, məcbur çıxdın, yoldaşını göstərdin. 15 ildir onu boşatdırırlar” fikirlərinə bu sözləri deyib:
“Bu söhbətlər 15 ildi bitmədi. Buradan çıxım, hamısı yığacaq ki, niyə Tolikin verilişinə getdin,bizə gəlmədin? Hamının həyatında problem avr. Mın niyə evimi efirə qoymalıyam? Olmayan şeyləri danışırlar. Admaın ürəyi bulanır”.