Min nəfər gənc toplaşıb 10 milyon "yazdılar" - FOTO
    • 8-04-2019, 15:03
    • 642

Min nəfər gənc toplaşıb 10 milyon "yazdılar" - FOTO

Azərbaycan əhalisinin 10 milyona çatması münasibəti ilə ölkə gənclərinin təşəbbüsü ilə Bakının görkəmli  və rəmzi məna daşıyan ərazilərində kütləvi aksiyalar, flaş-moblar təşkil edilir.

Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, ən böyük belə aksiya – Gənclər və İdman və Mədəniyyət  Nazirliklərin dəstəyi ilə 1000 nəfərədək gəncin iştirak ilə baş tutub.

Gənclər 10.000.000 rəqəmini ölkənin müstəqillik rəmzi olan Bayraq Meydanında “yazıblar”.