-
- 8-04-2019, 16:01
- 677
Su Polisi gəmidə pul və sənədlərini itirən turistə köməklik edib - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ölkəmizdə səfərdə olan ərəb turistin itən çantası qısa zamanda taparaq sahibinə qaytarıb.
Azərbaycanın günbəgün artan iqtisadi nüfuzu, ölkəmizdə ictimai-asayişin etibarlı şəkildə təmin olunması dünyanın müxtəlif yerlərindən bura çoxlu sayda turistlərin gəlməsinə səbəb olur.
Turistlərin təhlükəsizliyi isə polis əməkdaşları tərəfindən etibarlı şəkildə təmin olunur və onların qarşılaşdıqları problemlər qısa zamanda öz həllini tapır.
Ölkəmizdə turistlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını sübut edən hadisələrdən daha biri paytaxt ərazisində qeydə alınıb.
Su Nəqliyyatında Polis İdarəsindən News24.az-a verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni aprelin 7-də axşam saatlarında “102 xidməti”nə zəng edib. Həmin şəxs müraciətində Dənizkənarı Milli Parkın ərazisində “Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. “102 xidməti” turist xanımın zəngi əsasında saat 21:25 radələrində yaşanmış hadisəylə bağlı Su Nəqliyyatında Polis İdarəsinə müraciət edib.
Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımı ləvazimatlarının olduğunu deyib. Məlumat İdarə rəisinə məruzə olunub və qısa zamanda verilən göstərişə əsasən əməliyyat qrupu hadisə yerinə göndərib.
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb. Ölkəmizdə qonaq olan xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib.