-
- 8-04-2019, 17:01
- 987
“Azərişıq” ASC-yə müraciət edən sahibkarların sayı 3 dəfə artıb
2019-cu ilin birinci rübü ərzində “Azərişıq” ASC-yə obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 2500-ə qədər sahibkar müraciət edib.
News24.az xəbər verir ki, onlardan 1200 sahibkar “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə, 1300 sahibkar isə müraciətini elektron qaydada unvanlayıb. Bu isə o deməkdir ki, ötən ilin birinci rübü ilə müqayisədə sahibkarların müraciətinin sayı 3 dəfəyədək artıb.
Sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının belə sürətlə artması sözsüz ki, aparılan islahatlarla bağlıdır. Üç ay öncə, ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti Fərman imzalanıb və Fərmana əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kVt-a görə vahid tarifin tətbiq olunması və “Azərişıq” ASC-nin elektron xəritəsinin “ASAN xidmət”in işinə inteqrasiya edilməsi də sahibkarların işini daha da asanlaşdırıb.
Bununla yanaşı, ötən ilin birinci rübündə 9400 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət Azərişıq ASC-yə müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib.
Ümumilikdə 2019-cu ilin birinci rübündə “Azərişıq” ASC-yə 15 xidmət üzrə 70500 müraciət daxil olub.