![Ceyranbatanda mənzildə partlayış baş verib, yaralı var - FOTO](/uploads/posts/2023-12/65755eb5f143d65755eb5f143e170219077365755eb5f143a65755eb5f143c.webp)
-
- 10-12-2023, 10:49
- 191
Ceyranbatanda mənzildə partlayış baş verib, yaralı var - FOTO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb.
Hadisə nəticəsində mənzilin sahibi 1953-cü il təvəllüdlü İbadova Lyudmila Viktorovna xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
![](/uploads/posts/2023-12/65755eb5aa2d365755eb5aa2d4170219077365755eb5aa2d065755eb5aa2d1.webp)
![](/uploads/posts/2023-12/65755eb5d88d465755eb5d88d5170219077365755eb5d88cf65755eb5d88d1.webp)