-
- 3-12-2023, 17:10
- 239
Peru sahilində güclü zəlzələ olub
Peru sahilində 5,7 maqnitudalı zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi seysmoloji mərkəzinin verilənlərindən məlum olub
Verilənlərə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 246 min nəfər olan İka şəhərindən 56 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.