Bələdiyyə binasında BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan öldü
    • 10-12-2023, 19:31
    • 699

Bələdiyyə binasında BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan öldü

Goranboyda bədbəxt hadisə baş verib.

News24.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Göyçay rayon sakini 2008-ci il təvəllüdlü Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. 15 yaşlı oğlan hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.