Bakıda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində öldü
    • 11-12-2022, 10:20
    • 460

Bakıda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində öldü

Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

News24.az  APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.
Həmin vaxt o, pəncərədən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.