Ağacəkmə aksiyaları davam edir
    • 9-04-2019, 10:14
    • 729

Ağacəkmə aksiyaları davam edir

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rayon İcra Hakimiyyətlərinin əməkaşları, ictimaiyyət  nümayəndələrinin iştirakı ilə respublika ərazisində kütləvi ağacəkmə aksiyaları keçirib. 

ETSN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, 6-7 aprel 2019-cu il tarixlərində keçirilən aksiyalar zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21770  ədəd müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib. 

Ağacəkmə aksiyaları davam edir.