"Azərbaycanla dərin danışıqlar aparırıq" - Akopyan
    • 12-12-2023, 14:12
    • 107

"Azərbaycanla dərin danışıqlar aparırıq" - Akopyan

“Ermənistan Azərbaycanla sülh müqaviləsi ilə bağlı dərin danışıqlar prosesindədir. Bu gün sülh müqaviləsi və ondan irəli gələn addımların ardıcıllığı bizim gündəliyimizdədir”.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının regional və Avrasiya inteqrasiyası üzrə daimi komissiyasının sədri Vaqarşak Akopyan deyib.

Akopyan hesab edir ki, Ermənistan sülh müqaviləsinin və sülhün bərqərar olmasının danılmaz reallığa çevrilməsi üçün bütün mümkün platformalardan istifadə etməlidir. 

Ayşən