Nazir Ağcabədi sakinlərini qəbul edəcək
    • 9-04-2019, 11:19
    • 1 571

Nazir Ağcabədi sakinlərini qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər Naziri aprel ayının 19-da Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək

ETSN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 19 aprel 2019-cu il tarixində saat 10:00-da  Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Heydər Əliyev prospekti 213a)  Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının vətəndaşlarını qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli 206) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-386-80-23, 050-565-43-55, 021-27-5-01-53) xahiş olunur.