59 yaşlı məşhur aktrisa pərəstişkarlarını bu FOTO ilə dəli etdi
    • 13-12-2023, 20:36
    • 223

59 yaşlı məşhur aktrisa pərəstişkarlarını bu FOTO ilə dəli etdi

İtalyan aktrisa və model Monika Belluççi "Esquire" jurnalının Çin versiyası üçün açıq-saçıq geyimdə rol alıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, sosial platformada yayımlanan fotoda 59 yaşlı məşhur aktrisa ombasına qədər dekolteli qara paltarda kamera qarşısına keçib. Uzun palto və sivri ayaqqabı isə gözəl aktrisanı daha da cəlbedici göstərib.

Milyonların sevimlisi olan Belluççinin möhtəşəm görünüşünə pərəstişkarları gözəl şərhlər yazaraq münasibət bildirib. Fotonun altındakı şərhlərdə onlar Belluççinin gənc görünüşünə heyran olduqlarını gizlətməyiblər:

“Kino tarixinin ən gözəl qadını”, “Niyə belə qəşəngsən?”, “Möhtəşəm görünürsən”, “Sən necə də gözəlsən”, “Kraliça” kimi minlərlə xoş rəylər yazılıb.