58 yaşlı aktrisa Monika Belluççi indi onunla sevgilidir - FOTO
    • 23-02-2023, 09:43
    • 207

58 yaşlı aktrisa Monika Belluççi indi onunla sevgilidir - FOTO

58 yaşlı tanınmış aktrisa Monika Belluççi 64 yaşlı rejissor Tim Burtonla görüşür.

News24.az xəbər verir ki, bu barədə Fransanın “Paris Match” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, cütlüyün münasibəti dörd aydır ki, davam edir. Nəşr Belluççi və Burtonun əl-ələ tutaraq Paris ətrafında gəzdiyi kadrı dərc edib.

Qəzet cütlüyün münasibətlərinin təfərrüatlarını nəşrin növbəti sayında yayımlayacağını bildirib.  Məlumata görə, onların münasibətləri ötən ilin oktyabrında Lionda keçirilən "Lümyer qardaşları" film festivalı zamanı başlayıb.

Qeyd edək ki, Monika Belluççi 4 il əvvəl fransız rəssam Nikolas Lefevrdən ayrılıb. O, əvvəllər Vinsent Kassel ilə 17 il münasibətdə olub.

2 qız övladı olan cütlük 2013-cü ildə ayrılıblar.

Teymur MƏMMƏDOV