Əsirlikdən azad edilən Aqşin Bəbirov və Hüseyn Axundov ailələrinə qovuşublar
    • 14-12-2023, 04:52
    • 349

Əsirlikdən azad edilən Aqşin Bəbirov və Hüseyn Axundov ailələrinə qovuşublar


Əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov ailələrinə qovuşublar.

News24.az xəbər verir ki, H.Axundov və A.Bəbirov müvafiq tibbi müayinədən sonra artıq evlərindədir.

Qeyd edək ki, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.