Macarıstan Ukrayna ilə bağlı qərara VETO QOYDU
    • 15-12-2023, 11:12
    • 245

Macarıstan Ukrayna ilə bağlı qərara VETO QOYDU

Macarıstan Baş naziri Viktor Orban Avropa Birliyindən Ukraynaya 50 milyard avroluq yardıma veto qoyub.

News24.az xəbər verir ki, o, bu barədə “X sosial şəbəkə hesabında yazıb.

“Gecə növbəsinin xülasəsi: Ukrayna üçün əlavə pula veto, çoxillik büdcəyə yenidən baxılmasına veto. Gələn il AB sammitində müvafiq hazırlıqdan sonra bu məsələyə qayıdacağıq”, - Orban deyib.

AB liderlərinin gecə saatlarına qədər davam edən danışıqlarından sonra Orbanın vetosunu Avropa Şurasının prezidenti Şarl Mişel də təsdiqləyib.

Onun sözlərinə görə, yalnız bir ölkə bu qərarla razılaşa bilməyib.

Ayşən