Bayden bu halda veto hüququndan istifadə EDƏCƏK
    • 2-11-2023, 23:30
    • 294

Bayden bu halda veto hüququndan istifadə EDƏCƏK

ABŞ Konqresi Ukraynaya dəstəyi özündə əks etdirməyən İsrailə yardım layihəsini təsdiq edərsə, prezident Cozef Bayden veto hüququndan istifadə edəcək.

News24.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Prezident yalnız İsrailə yardım qanun layihəsinə veto qoyacaq. Düşünürəm ki, biz bunu açıq şəkildə ifadə etdik”, - Kirbi bildirib.

O əlavə edib ki, Bayden əmindir ki, edilən bütün əlavə sorğular kritik təhlükəsizlik ehtiyacları ilə bağlıdır:

“Prezident bunların hamısının nəzərə alınmasını, Konqres tərəfindən eyni zamanda hərəkətə keçməsini istəyir”.