SOCAR Olimpiya mərkəzindən 12 min manat tələb edir – QAZ PULU BORCU
    • 9-04-2019, 15:04
    • 822

SOCAR Olimpiya mərkəzindən 12 min manat tələb edir – QAZ PULU BORCU

SOCAR-ın tərkibində fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyi Respublika Olimpiya Mərkəzini məhkəməyə verib. News24.az-ın məlumatına görə, buna səbəb mərkəzin istifadə etdiyi 12 min manatlıq qazın pulunu verməməsidir.

Bakı şəhər 2 Saylı İnzibati İqtisadi Məhkəməsi “Azəriqaz”ın iddiasını təmin edib və Olimpiya Mərkəzinin qarşı tərəfə 12 min 155 manat ödəməsinə qərar verib. Qərarın icrası Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.