-
- 15-12-2023, 23:06
- 441
Kimlər bayram axşamı "paytaxt salatı" yeyə bilməz?
"Paytaxt salatı" Yeni İl masasının əvəzolunmaz atributu sayılsa da, mədə xəstəliklərindən əziyyət çəkənlərə onu dadmaq tövsiyə olunmur.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "NEWS.ru"ya dietoloq Natalya Kruqlova danışıb.
O, bildirib ki, ümumiyyətlə, mədə və ya onikibarmaq bağırsaq xorasından əziyyət çəkənlər bayram axşamı xüsusilə diqqətli olmalıdır.
"Mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi, mədə və onikibarmaq bağırsaq xorası, kəskin xolesistit, kəskin pankreatit varsa, bu halda xəstələr pəhrizə əməl etməlidir. "Paytaxt salatı" əks göstərişə malikdir", - ekspert bildirib.