Xəstəyə 6 orqan EYNİ VAXTDA KÖÇÜRÜLDÜ
    • 28-04-2020, 17:04
    • 751

Xəstəyə 6 orqan EYNİ VAXTDA KÖÇÜRÜLDÜ

İspaniyada oğlana əməliyyatla 6 orqan köçürülüb. 

News24.az "Europa Press"-ə istinadən xəbər verir ki, unikal əməliyyat İspaniyada baş verib. Qeyd olunub ki, Barselonadan olan Viktor üç ildir ki, gözləmə siyahısında olub.

Oğlanın anasının dediyinə görə, hamiləlik dövründə körpədə qüsurun olduğu barədə məlumat verilib.

Mədə, qaraciyər, onikibarmaq bağırsaq, nazik bağırsaq, yoğun bağırsaq və mədəaltı vəzinin bir hissəsinin köçürülmə əməliyyatı fevralın sonunda Madrid xəstəxanasında keçirilib. 

O, ötən gün evə buraxılıb.